3 İyul 2026 / 07:00

DÇ-2026: Portuqaliya 1/8 finala yüksəldi

Bu ilin dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir. Tezadlar.az İTV- yə istinadla xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Portuqaliya və Xorvatiya milliləri üz-üzə gəldi. Görüş Bakı vaxtı ilə saat 03:00-da start götürdü. İlk hissədə hesab açılmasa da, ikinci hissə Xorvatiyanın qolu ilə başladı: 53-cü dəqiqədə İvan Perişiç fərqləndi: 1:0.

Portuqaliya isə 68-ci dəqiqədə hesabı bərabərləşdirdi. Kriştiano Ronaldo xorvatların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirdi və nəhayət, 90+4-cü dəqiqədə Portuqaliya 2-ci qolu vurdu- Qonsalo Ramoş başla dəqiq oynadı: 2:1.

Matç bu hesabla başa çatdı və Portuqaliya adını növbəti mərhələyə yazdırdı. Portuqaliya 1/8 finalda İspaniya millisi ilə qarşılaşacaq.

DÇ-2026
1/16 final
3 iyul
03:00. Portuqaliya – Xorvatiya 2:1

Qol: İ. Perişiç, 53, Ronaldo, 68, Q. Ramoş, 90+4

Portuqaliya: Kosta, Kanselo, Diaş, Veyqa, Mendeş, Neveş, Vitinya, Neto, Fernandeş, Leao, Ronaldo

Xorvatiya: Livakoviç, Perişiç, Ponqraçiç, Şutalo, Stanişiç, Kovaçiç, Modriç, Baturina, Suçiç, Vlaşiç, Budimir

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!