Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qəbələ” artıq Səlahət Ağayev üçün doğma kluba çevrilib.
Tezadlar.az xəbər verir ki, 35 yaşlı qapıçı bunu açıqlamasında deyib.
Ötən gün bölgə təmsilçisi ilə yeni 1 illik müqavilə imzalayan Azərbaycan millisinin üzvü komandanın növbəti mövsümdə daha yaxşı çıxış edəcəyinə inanır:
“İlk dəfə 2022/2023 mövsümündə “Qəbələ”də çıxış etdim. Ondan sonra son iki ildə də bu klubun şərəfini qoruyuram. Müqavilə müddətim başa çatsa da, daha 1 il komandada qalmaq qərarı verdim. “Qəbələ” artıq mənim üçün doğma klubdur. Komanda ilə yola davam etmək çox xoş olacaq. Son mövsümdə bir az çətinlik çəkdik. Turnir cədvəlində layiq olduğumuz yeri tuta bilmədik. Amma ən vacibi odur ki, Premyer Liqada yerimizi qoruduq. Növbəti mövsüm daha yaxşı çıxış edəcəyimizə inanıram. “Qəbələ”nin adına yaraşan mübarizliyi göstərəcəyimizə əminəm. Mən də bu yolda hər zaman əlimdən gələnin ən yaxşısını etməyə hazıram”.
Qeyd edək ki, Səlahət Ağayev “Qəbələ”nin heyətində ümumilikdə 87 oyun keçirib. O, 2022/2023, 2024/2025 və 2025/2026 mövsümlərində də bu komandanın formasını geyinib.