Əsas məzmuna keç

Zelenski Rusiyanın Ukraynaya zərbələrini terror adlandırdı

Kyiv (Ukraine), 21/03/2022.- A handout photo made available by the Ukrainian Presidential Press Service shows Ukrainian President Volodymyr Zelensky during a broadcast speech in Kyiv (Kiev), Ukraine, late 21 March 2022 (issued 22 March 2022), addressing the residents of Ukrainian cities on 'Drive the occupiers out, drive these slaves out'. (Rusia, Ucrania) EFE/EPA/UKRAINIAN PRESIDENTIAL PRESS SERVICE HANDOUT -- MANDATORY CREDIT: UKRAINIAN PRESIDENTIAL PRESS SERVICE -- HANDOUT EDITORIAL USE ONLY/NO SALES

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və G7 ölkələrini Rusiyanın Ukraynaya zərbələrinin qarşısını almaq üçün daha sərt addımlar atmağa çağırıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Zelenskinin “Telegram” kanalında yayımladığı məlumatında bu barədə danışıb. Zelenski deyib ki, Rusiya bir neçə Ukrayna bölgəsinə ardıcıl hava zərbələri endirib. O bildirib ki, Sumı şəhərində çoxmərtəbəli yaşayış binasına endirilən aviazərbə nəticəsində dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal olunur. Prezident qeyd edib ki, hazırda dörd nəfərin, o cümlədən bir uşağın həlak olduğu təsdiqlənib. “Avropanın təzyiq göstərmək üçün kifayət qədər alətləri var. ABŞ və G7 tərəfdaşları Rusiyanın hücumlarını dayandırmaq üçün daha qətiyyətli addımlar atmalıdırlar”.

Ukrayna isə Rusiyanın neftayırma zabodlarını hədəfə alıb və dron zərbələri endirilməkdədir. Hazırda işğal edilmiş Krıma gedən yollar faktiki tamamilə Ukrayna ordusunun nəzarətindədir.

A.Məmmədli

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…