Müğənni Manaf Ağayev saxlanılıb?- ÖZÜ “TƏZADLAR”A AÇIQLAMA VERDİ
Bəzi saytlar və bloggerlər xəbər yayıb ki, bəs, müğənni Manaf Ağayev saxlanılıb… Manaf Ağayevlə bu dəqiqələrdə əlaqə saxlanıldı, dedi ki, doğrudur, məni saxlayıblar: “Bəli, bir möhtəşəm məclisə getdiyim şadlıq evində bir neçə qəşəng xanım məni saxladı, dedilər ki, sizinlə şəkil çəkdirmək olar? Mən də dedim ki, daha saxlamısız, nə deyim, olar…”.