Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yunanıstanın Saloniki şəhəri yaxınlığındakı Oraiokastro bölgəsində baş verən meşə yanğını iki fabrikə yayılıb və ərazinin böyük bir hissəsini qatı tüstü bürüyüb.
Tezadlar.az xəbər verir ki, Yunanıstan Yanğından Mühafizə İdarəsinin açıqlamasına görə, dünən gecə başlayan yanğın təkrar emal müəssisəsinə və tekstil fabrikinə yayılıb.
Meşə yanğını əsasən nəzarət altına alındıqdan sonra səylər fabrikə və təkrar emal müəssisəsinə yönəlib.
160 yanğınsöndürən, 5 quru qrupu, 52 nəqliyyat vasitəsi və çoxsaylı könüllü yanğına müdaxilə edib, səhər tezdən isə 2 yanğınsöndürmə təyyarəsi və 2 helikopter işə qoşulub.
Səlahiyyətlilər təkrar emal müəssisəsindən qalxan qatı qara tüstü Salonikinin böyük bir hissəsini bürüdüyünü bildiriblər.
Rəsmilər tüstünün 20 kilometrdən çox əraziyə yayıldığını və şəhərin hər yerində yanmış plastik qoxusunun hiss olunduğunu bildiriblər.
Hakimiyyət orqanları vətəndaşları, xüsusən də yaşlıları, uşaqları və tənəffüs problemləri olanları tüstünün potensial zəhərli təsirləri səbəbindən pəncərələrini bağlı saxlamağa, zəruri hallarda çölə çıxmamağa çağırıb.
ELBAR