Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Milli Hidrometeorologiya Xidmətinin iyulun 5-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb.
Xidmətdən Tezadlar.az-a bildiriblər ki, yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.
Düşən yağıntının miqdarı Gədəbəydə 18, Daşkəsəndə 17, Lerikdə 10, Gəncədə 9, Göygöl, Tovuzda 5, Balakəndə 4, Şəmkir, Şahbuzda 3, Cəbrayılda 2, Naxçıvan, Culfa, Qax, Zaqatala, Oğuz, İsmayıllı, Xaltan, Şahdağ, Mingəçevir, Göyçay, Yardımlı, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 millimetr təşkil edib.