Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İyunun 24-də Venesuelada baş verən iki böyük zəlzələ nəticəsində ölənlərin sayı 3342-yə çatıb.
Tezadlar.az xəbər verir ki, Venesuela Milli Assambleyasının (AN) prezidenti Xorxe Rodrigez sosial media hesabında iki böyük zəlzələnin baş verdiyi ölkədəki son vəziyyəti paylaşıb.
Rodrigez ölənlərin sayının 3342-yə, yaralıların sayının isə 16740 olduğunu açıqlayıb.
O, indiyə qədər dağıntılar altından 6462 nəfərin xilas edildiyini, 17345 nəfərin evini itirdiyini və 79 müvəqqəti sığınacağın yaradıldığını bildirib.
Rodrigez əlavə edib ki, hakimiyyət orqanları 86794 ailəyə yardım göstərib, zərərçəkənlərə 9585 ton ərzaq və 669008 litr su çatdırılıb.
Rodrigez ordu və polisdən ümumilikdə 29.567 nəfərin əraziyə göndərildiyini, könüllülərin ümumi sayının isə 27.482 nəfər olduğunu açıqlayıb.
Yerli medianın məlumatına görə, hakimiyyət orqanları itkin düşmüş şəxslər barədə məlumat vermək üçün telefon qaynar xətti və rəqəmsal platforma yaradıb, lakin harada olduğu bilinməyən insanların sayı barədə yenilənmiş məlumatları paylaşmayıb.
Bu arada, itkin düşmüş şəxslərin qohumlarının ərizə verməsi üçün yaradılan “Venesuela Zəlzələsi İtkin Düşmüş Şəxslər” (Desaparecidos Terremoto Venezuela) mülki təşəbbüsü indiyə qədər veb saytında 31.000-dən çox itkin düşmüş şəxs barədə məlumat alıb.
ELBAR