Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 İyul 2026 / 08:36

Trampdan hədə: “Hamısı Xameneinin dəfnindədir, istəsək, bir zərbə ilə hamısını öldürərik”

ABŞ Prezidenti Donald Tramp İranın keçmiş ali dini lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi ilə bağlı diqqətçəkən açıqlama verib. Tezadlar.az “Haber Türk”ə istinadla xəbər verir ki, Axios nəşrinə müsahibəsində Tramp bildirib ki, dəfn mərasimində çoxlu sayda yüksək vəzifəli şəxs iştirak edir və ABŞ istəsə, onlara zərbə endirə bilər, lakin bunu etməyəcək. “Hamısı oradadır. Bir zərbə ilə hamısını öldürə bilərik, amma bunu etməyəcəyik, çünki o zaman danışıq aparacaq heç kim qalmayacaq”, – deyə Tramp bildirib.

Tramp əlavə edib ki, İran tərəfi razılığa gəlmək üçün israr edir, lakin tərəflər Xameneinin dəfn mərasimləri başa çatanadək danışıqlarda bir həftəlik fasilə vermək barədə qərar qəbul ediblər. Tramp qeyd edib ki, bu müddət ərzində tərəflərdən heç biri atəş açmayacaq. ABŞ Prezidenti həmçinin Xameneinin dəfn mərasimində bəzi iranlıların ağlamasının onu təəccübləndirdiyini deyib. “Mən elə bilirdim ki, xalq Xameneiyə nifrət edir. Ola bilsin ki, bunlar saxta göz yaşlarıdır”, – deyə Tramp əlavə edib.

Xatırlatma:  İranın mərhum Ali dini lideri Ayətullah Əli Xamenei ilə vida mərasimi Tehranda iyulun 3-də başlayıb. Dəfn mərasimi 9 iyulda ayətullahın doğulduğu Məşhəddə keçiriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!