Paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
- 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
- Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində.







