Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 İyul 2026 / 14:36

Prezident İlham Əliyev ölkənin taxıl istehsalının aşağı olduğunu tənqid etdi

Prezident İlham Əliyev son çıxışında Azərbaycanın taxıla olan ehtiyacının idxal hesabına təmin edildiyindən təəssüflə danışıb. Sitat: “Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”.
Sitatın sonu!
Bəli, dövlət büdcəsindən hər il yüz milyon manatlarla subsidiya da verilir, amma taxıl istehsalı artmır. Halbuki həmin pula kənardan taxıl almaq daha sərfəli görünür. Bəs Kənd Təsərrüfatı Nazirliyimizdə Prezidentin bu tənqidinə necə yanaşırlar??? Sual budur.
A.Məmmədli 
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!