Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2026–2027-ci tədris ilindən etibarən Gürcüstanda şagirdlər bəzi fənləri yeni saat bölgüsü əsasında öyrənəcəklər. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, müvafiq saat cədvəli artıq məktəblərə göndərilib. Planlaşdırılan dəyişikliklərə əsasən, əvvəlki illərdən fərqli olaraq kimya fənninin tədrisinə 8-ci sinifdən deyil, 7-ci sinifdən başlanılacaq. Bundan əlavə, 7-ci sinifdən etibarən “Gürcü dili və ədəbiyyatı” ayrıca fənlər kimi tədris ediləcək. Eyni zamanda 7-ci sinifdən “Gürcüstan tarixi” və “Dünya tarixi” də ayrı fənlər kimi öyrədiləcək.
Dəyişikliklərə əsasən, ibtidai siniflərdə gürcü dili və ədəbiyyatı, eləcə də riyaziyyat fənlərinin saatları artırılıb. Digər yeniliyə görə, 10-cu sinifdə tarix fənninin məzmununda dəyişiklik ediləcək. Belə ki, yeni plan üzrə dünya tarixinin tədrisi tarix fənnindən çıxarılacaq və 10-cu sinifdən yalnız Gürcüstan tarixi öyrədiləcək.