MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rəqqasə Fatimə Fətəliyeva səhhətində problem olduğunu açıqlayıb.
Tezadlar.az xəbər verir ki, sənətçi bu barədə “İncə səhər” verilişində danışıb. O, özünü gərgin hiss etdiyini və həkimə ehtiyacı olduğunu deyib.
“Daxili ruhum yerində deyil. Mənə nevropatoloq lazımdır. Mənə həkim lazımdır. Gərgin vəziyyətdəyəm” deyə, Fatimə bildirib.
O əlavə edib ki, bu halı anasının uzun müddətdir səhhətində ciddi problem yaşamasından sonra yaranıb.
Qeyd edək ki, Fatimə anasının get-gedə yaddaşını itirdiyini deyib.