6 İyul 2026 / 18:19

Anasının xəstəliyi Fatiməni də xəstə edib…

Rəqqasə Fatimə Fətəliyeva səhhətində problem olduğunu açıqlayıb. 

 Tezadlar.az   xəbər verir ki, sənətçi bu barədə “İncə səhər” verilişində danışıb. O, özünü gərgin hiss etdiyini və həkimə ehtiyacı olduğunu deyib.

“Daxili ruhum yerində deyil. Mənə nevropatoloq lazımdır. Mənə həkim lazımdır. Gərgin vəziyyətdəyəm” deyə, Fatimə bildirib.

O əlavə edib ki, bu halı anasının uzun müddətdir səhhətində ciddi problem yaşamasından sonra yaranıb.

Qeyd edək ki, Fatimə anasının get-gedə yaddaşını itirdiyini deyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!