Tanınçış vəkil Aslan İsmayılov ölkə iqtisadiyyatının durumu ilə bağlı maraqlı statistikanı önə çəkib. Sitat: “…Deməli, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk beş ayında iqtisadiyyat 0% artıb, orta illik inflyasiya isə 5,6% təşkil edib. Bu tərəfdən də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu gün səhifəsində məlumat paylaşır ki, 2026-cı ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur. Ölkə iqtisadiyyatının gerilədiyi, bahalığın artdığı, inflyasiyanın olduğu bir vəziyyətdə vergi yığımının artması nə deməkdir?! Mən hüquqşünas ola-ola bu xəbərdən dəhşətə gəlirəm, görəsən, iqtisadi sektora cavabdeh olan şəxslər ölkə rəhbərliyinə statistikalara necə don geyindirib məruzə edirlər?! Bir daha demək istəyirəm ki, iqtisadi blokda təcili addımlar atılmasa, Azərbaycan iqtisadiyyatını sınaqlı vəziyyət gözləyir. Bunu tam əminliklə deyirəm…”.
Sitatın sonu.
Səbuhi