Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Gürcüstan Prokurorluğu qadın və kişi bərabərliyinə dözümsüzlük motivi ilə törədilmiş qəsdən adamöldürmə faktı üzrə bir nəfərə ittiham irəli sürüb. Tezadlar.az xəbər verir ki, Prokurorluğun yaydığı məlumata görə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə qanunla müəyyən edilmiş müddətdə vəsatət təqdim olunacaq və o, axtarışa veriləcək. İstintaqla müəyyən edilib ki, 2026-cı il 3 iyun tarixindən 25 iyunadək olan müddətdə Azərbaycan vətəndaşı Emin Əliyev digər Azərbaycan vətəndaşı Fatimə Kərimovanın həyatla bağlı qərarları müstəqil şəkildə qəbul etməsinə mane olub. O, qadının ailə üzvləri və digər şəxslərlə əlaqə saxlamasını qadağan edib, evdən çıxmasına və sərbəst hərəkətinə məhdudiyyət qoyub. Məlumata görə, Fatimə Kərimova birlikdə yaşadıqları kirayə mənzili tərk etməyə çalışsa da, bunu Emin Əliyevdən asılı olmadan edə bilməyib.
Emin Əliyev onun evdən çıxması, digər insanlarla ünsiyyəti və hətta qidalanması ilə bağlı qərarları təkbaşına verərək kişi üstünlüyünü nümayiş etdirməyə çalışıb. Hadisə 25 iyun 2026-cı il tarixində, saat 22:00 radələrində Tbilisinin Varketili qəsəbəsində, Evgeniya Maisuradze küçəsi 45A ünvanında yerləşən 3 nömrəli mənzildə baş verib. İstintaqa görə, Emin Əliyev qadın və kişi bərabərliyinə dözümsüzlük motivi ilə Fatimə Kərimovanı boğaraq qətlə yetirib.
Təqsirləndirilən şəxsə ittiham Cinayət Məcəlləsinin 109-cu maddəsinin “t” bəndi (qadın və kişi bərabərliyinə dözümsüzlük zəminində qəsdən adamöldürmə) ilə qiyabi qaydada irəli sürülüb. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Prokurorluq tərəfindən bildirilib ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunacaq və o, axtarışa veriləcək. Qeyd edək ki, təqsirləndirilən şəxsin Türkiyədə saxlanıldığı bildirilir.