Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Zirə” “Torpedo” ilə dueldə favoritdir.
Tezadlar.az-ın məlumatına görə, bunu Gürcüstanın “Torpedo” komandasının baş məşqçisi Dirk Şuster mətbuat konfransında deyib.
58 yaşlı mütəxəssis Sumqayıtda “Zirə”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
“Azərbaycana ilk dəfədir gəlirəm. Rəqibə hörmətlə yanaşıram. Bura gələndə bir az problemlə üzləşdik. “Zirə” cütün favoritidir. Hər şey meydanda həll olunacaq. Meydanda əlimizdən gələni edəcəyik. Rəqibi təhlil etmişik, amma qələbə üçün gücümüzü göstərməyə çalışacağıq”.
Xatırladaq ki, “Zirə” – “Torpedo” oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab qarşılaşması iyulun 16-da baş tutacaq.