Əsas məzmuna keç

Tovuzda mal-qaranı ildırım vurdu

Tovuzda mal-qaranı ildırım vurub.

Tezadlar.az-ın məlumatına görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. Kənd sakininə məxsus iki iribuynuzlu heyvanı ildırım vuraraq öldürüb.

Tovuzda və Şəmkirdə hökm sürən qeyri-sabit hava şəraiti təsərrüfata da ciddi ziyan vurub.

Tovuzda güclü yağışdan sonra daha çox qarğıdalı və taxıl sahələri seldən zərər çəkib.

Şəmkirdə də güclü külək dağıntılara səbəb olub. Rayonun Sabirkənd kəndində uzun müddət davam edən külək və leysan istixanların örtüklərinə və fermalara ciddi ziyan vurub. Bir necə evin dam örtüyü və dəmir konstruksiyalı hasarlar uçub, evləri su basıb.

Fuad Nazimoğlu

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…