Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 İyul 2026 / 02:38

Venesuela zəlzələsində ölənlərin sayı 3685-ə çatıb

Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3685-ə çatıb.

Tezadlar.az bildirir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının (parlamentinin) prezidenti Xorxe Rodrigez öz Telegram kanalında məlumat verib.

Gündəlik hökumət hesabatına görə, 16740 nəfər yaralanıb, 17907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib. Axtarış-xilasetmə əməliyyatları nəticəsində 6462 nəfər xilas edilib, 25970 nəfər xəstəxanalarda və tibb müəssisələrində müalicə alıb. 86794 ailəyə yardım göstərilib, zərərçəkənlərə 9603 ton ərzaq paylanıb.

Xatırladaq ki, 24 iyun axşamı Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Onların episentrləri Yaracuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!