Artıq Moskvanın mərkəzi Ukraynanın hədəfində! “Ukrayna Rusiya ərazisindəki qanuni hərbi hədəflərə uzaqmənzilli zərbələr endirmək üçün artıq üçüncü tərəflərin icazəsinə ehtiyac duymur”- deyən Ukraynanın xarici işlər naziri Andriy Sibiqa əlavə edib ki, rəsmi Kiyev bundan sonra öz istehsalı olan silahlarla asimmetrik əməliyyatları davam etdirəcək. Nazir vurğulayıb ki, bu hüquq BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququndan irəli gəlir.
Tezadlar.az xatırladır ki, Ukrayna ordusu Kiyevə edilən son raket zərbələrinin əvəzini Moskvaya ediləcək dron zərbələri ilə əvəzləmək qərarına gəlib.
Səbuhi







