Ötən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri 415 Ukrayna pilotsuz uçuş aparatını məhv edib. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla bildirir ki, Rusiya Müdafiə Nazirliyi belə bir məlumat yayıb. “PUA-lar Rusiyanın müxtəlif regionları üzərində ələ keçirilərək məhv edilib”.
Amma Ukrayna ordusunun yaydığı videogörüntülər sübut edir ki, Rusiyada artıq işlək neftayırma zavodu və neft bazaları qalmayıb… Rəsmi mənbələr və faktlar təsdiq edir ki, Ukrayna gecə və səhər saatlarında Rusiyanın Nijnekamsk və Saratovdakı neft emalı zavodlarına, həmçinin Borisoglebsk hərbi aerodromuna zərbələr endirib.
Gecə saatlarında Nijnekamskdakı neft emalı obyektləri, səhər isə Saratovdakı NEZ hədəfə alınıb. Bundan başqa, Rusiya Hərbi-Kosmik Qüvvələrinin Voronej vilayətində yerləşən Borisoglebsk aerodromuna da zərbə endirilib.
A.Məmmədli
VİDEONUN LİNKİ: https://www.facebook.com/reel/858485720361110







