Əsas məzmuna keç

İranı bombaladıqdan sonra da ABŞ rəsmiləri danışıqlara hazır olduqlarını bildiriblər

Medianın məlumatına görə, ABŞ rəsmiləri davam edən qarşılıqlı hərbi hücumlara baxmayaraq, İranla yekun razılaşma imzalamaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını bildiriblər.

İrana bu gecəki  hərbi hücumlardan sonra ABŞ rəsmiləri yekun razılaşmaya nail olmaq üçün Tehranla danışıqları davam etdirmək niyyətində olduqlarını açıqlayıblar.

Bu məlumatı The Wall Street Journal (WSJ) yayıb.

Nəşrin mənbəsi vurğulayıb ki, Vaşinqton İranın Hörmüz boğazındakı fəaliyyətini qəbuledilməz və güclü cavab tələb edən hesab edir. Buna baxmayaraq, ABŞ rəsmiləri yekun razılaşmanı təmin etmək üçün dialoqda maraqlıdırlar.

Qeyd edək ki, 8 iyul gecəsi ABŞ Mərkəzi Komandanlığı İran ərazisinə bir sıra güclü zərbələr endirib.

Hərbi əməliyyat nəticəsində İranın Qeşm adasında, eləcə də Bəndər Abbas və Sirik şəhərlərində 6 partlayış baş verib.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı İrana qarşı hücumlar başlatdığını açıqlayıb. Mərkəzi Komandanlıq ticarət gəmilərini hədəf aldığı iddia edilən İrana qarşı “bir sıra güclü hücumlar” başlatdığını açıqlayıb.

Bəyanatda deyilir: “ABŞ-ın bu hücumları Hörmüz boğazından keçən üç ticarət gəmisinə İranın hücumlarına cavabdır. İranın təcavüzü ədalətsiz, təhlükəli və atəşkəsin açıq şəkildə pozulması idi.”

Y.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın