İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb. Bu barədə tezadlar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun meyiti batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib.
FHN bir daha əhaliyə müraciətində küləkli havalarda və nəzarətsiz sahillərdə çimməkdən çəkinməyi məsləhət görüb.







