MİLLİ MƏCLİSİN KOMİTƏ SƏDRİ FAZİL MUSTAFAYA
Uzun illərdir tanıdığım, şəxsiyyətinə, mövqeyinə, obyektivliyinə, bir-birimizə qarşı həmişə hörmətlə yanaşdığımız Faziı Mustafa. Sizin Facebook hesabınızda ADP sədri Sərdar Cəlaloğlunun sosial şəbəkədə Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın ünvanına səsləndirdiyi yalan və böhtanla dolu açıqlamasına verdiyiniz obyektiv cavabı yüksək dəyərləndirirəm. Həmişəki kimi, cəsarətli, danılmaz faktlarla zəngin layiqli cavab sahibi Fazil Mustafa. Təəssüf edirəm ki, Milli Məclisdə özündə cəsarət tapıb böhtançıya layiqli cavab verə bilən ikinci bir deputata rast gəlmədim. Təəssüf, min təəssüf!
Hörmətli Fazil müəllim! Mənim hazırda Sahibə xanım Qafarovadan heç bir asılılığım yoxdur. Ancaq onun haqqında bildiklərimi, şahidi olduqlarımı söyləməyi özümə borc bildim. Mən S.Qafarovanı Bakı Slayvan Universitetində beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində olan dövrdən tanıyıram. Jurnalist kimi dəfələrlə ondan ölkədə və beynəlxalq aləmdə baş verən hadisələrə münasibət bildirməsini xahiş etmişəm və müsahibələrimiz hər dəfə yüksək səviyyədə qarşılanıb. Sizin yazdığınız kimi, rus və ingilis dillərini mükəmməl bilən geniş dünyagörüşə malik, siyasi hadisələri çox düzgün analiz edən belə ziyalı azərbaycanlı xanımlarla fəxr etməliyik. S.Qafarova Milli Məclisə rəhbərlik edəndən bu vaxta qədər plenar iclaslara rəhbərliyi (mən dəfələrlə həmin iclaslarda iştirak etmişəm), deputatların çıxışlarına münasibət bildirməsi, eləcə də beynəlxalq tədbirlərdə çıxışları, xarici ölkələrin parlament və hökumət başçıları ilə keçirdikləri görüşlərdə səsləndirdikləri fikirləri bu xanımın savadının, qabiliyyətinin, dünyagörüşünün yüksək səviyyədə olmasından xəbər verir. Bu, kimlərisə niyə
qıcıqlandırmalıdır?
Təxminən iki il əvvəl keçmişi müxalifət, indisi isə, guya, hakimyyət adamı olan birisinin Milli Məclisin Sədrinin əleyhinə apardığı kampaniyanın şahidi oldum və buna kəskin etirazımı bildirdim. Hətta bu barədə Parlamentdə özünü vətənpərvər və qatı iqtidar hesab edən bəzi deputatalara da müraciət etdim. Onlar məsələni özlərindən uzaqlaşdırmaq üçün mənə “Siz bu barədə təcili cənab Prezidentə müraciət edin”.- deyib. guya, yaxşı yol göstərdilər. Bu da bəzi deputatların etibarı, mövqeyi və sadiqliyi. Mən son anda xanım Spikerin özünə müraciət edib onun əleyhinə başlanan kampaniya barəsində yazılı məlumat verdim. Söz yox, məni dəvət etdilər və daha ətraflı məlumat aldılar. Təəəsüf ki, heç bir nəticəsi olmadı. Bu gün həmin kampaniya ADP sədrinin yalan və böhtan dolu çıxışı ilə davam etdirilir. Oxşar hadisələr. Yəqin davamı da
olacaq.
Hörmətli Fazil müəllim. Görəsən digər deputatlar niyə mövqelərini bildirməkdən çəkinirlər? Böhtançıların cavabları niyə verilmir? Sizin dediyiniz kimi, “Sahibə xanım Parlamentə sədr seçiləndən sonra bütün beynəlxalq platformalarda Azərbaycanı yüksək intellektual qabiliyyəti ilə layiqincə təmsil edir. İndi hansısa axmaq çıxıb söyləsə ki, rus dilində bu cür mükəmməl səviyyədə danışırsa, demək Rusiyaya yaxındır, ingilis dilində öz ana dili səviyyəsində çıxış edirsə, görüşlər keçirirsə, beynəlxalq təşkilatların tədbirlərinə sədrlik edirsə, o halda ABŞ-a və ya Avropa Birliyinə yaxındır, bu iddiaları ciddi qəbul edənlərin ağlından şübhə etməzsinizmi?”
Təəssüf ki, ağlının və sürüşkən mövqeyinin gündəlik həyatda şahidi olduğumuz riyakarlar – Milli Məclisin Sədrinin əleyhinə kampaniya aparan, S. Qafarovanın savadının, qabiliyyətinin, dünyagörüşünün 0,1 faizinə malik omayan böhtançılar hələ də “bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar.
Əliqismət Bədəlov,
veteran jurnalist