Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Ankarada NATO Sammitində ABŞ prezidenti Donald Tramp çıxışı zamanı İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcəklərini deyib. Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, Tramp bunu NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib. Tramp deyib ki, ABŞ üçün əsas prioritet İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Sitat: “Heç vaxt İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik. Bu, hər şeydən daha vacibdir. Hazırda neftin qiymətləri sürətlə aşağı düşür. Düşünürəm ki, bu proses qısa müddətdə başa çatacaq. Əsas məqsədimiz nüvə silahlarının təhlükəli insanların əlinə keçməsinin qarşısını almaqdır. Hazırda İranın nüvə silahına sahib olmasının heç bir yolu yoxdur. Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə həmin obyektləri izləyirik. Əgər kimsə həmin ərazilərə yaxınlaşmağa cəhd etsə, bunu dərhal görəcəyik. Hazırda heç kim həmin obyektlərə toxunmayacaq”.
Sitatın sonu!