Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyul 2026 / 10:11

76 kiloqram narkotik vasitə və 2000 ədəd metadon həbi aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Belə ki, Lənkəran və Yevlaxda keçirilən növbəti tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağahəsənov saxlanılıblar.

Nazirlikdən Tezadlar.az-a bildirilib ki, onlardan tərkibinə psixotrop maddələr əlavə edilmiş 76 kiloqram marixuana və 2000 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.

Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!