Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyul 2026 / 15:33

ABŞ İranın Rusiya və Çinlə ticarət üçün olan strateji dəmir yolu körpüsünü dağıdıb

ABŞ Çin-Türkmənistan-İran dəmir yolu dəhlizinin Ağqala körpüsünü hədəfə alıb. Tezadlar.az xatırladır ki, bu barədə “Fars” məlumat yayıb. Məlumata görə, ABŞ bu gün səhər saatlarında İranın şimalında Gülüstan əyalətinin Ağqala şəhərinə hücumu zamanı Çin–Qazaxıstan–Türkmənistan–İnçəburun beynəlxalq dəhlizi üzərində yerləşən bir körpünü hədəfə alıb. Sözügedən marşrut Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsidir və Çinin Sian şəhərindən Tehrana qədər uzanır.

Qeyd edilib ki, ötən il Çindən İrana ən azı 65 yük qatarı daxil olub. Agentliyin iddiasına əsasən, Tramp administrasiyasının İran limanlarına qarşı tətbiq etdiyi məhdudiyyətlərdən sonra xarici media məlumatlarına görə, bu marşrutla hərəkət edən qatarların sayı üç dəfə artıb. “Fars” agentliyi sonda vurğulayıb ki, Rusiyanın da ötən ilin noyabr ayından etibarən mallarını məhz bu dəmir yolu marşrutu vasitəsilə İrana göndərməyə başlaması məsələnin əsas məqamlarından biridir. Bu səbəbdən bəzi ekspertlər hücumu adi hərbi zərbədən daha geniş məna daşıyan addım kimi qiymətləndirirlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!