Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə hava raket zərbələri endirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidməti hücum nəticəsində 10 nəfərin yaralandığını, onların arasında 11 yaşlı uşağın da olduğunu açıqlayıb. Hücum zamanı Solomyanski rayonunda üçmərtəbəli ofis-anbar binasında, Dneprovski rayonunda isə anbar sahəsində yanğın baş verib. Darnitski rayonunda raket yolun hərəkət hissəsinə düşüb, işıqforları idarə edən elektrik yarımstansiyası yanıb, yaxınlıqdakı yaşayış binalarının pəncərələri sınıb.Yanğınlar söndürülüb, zədələnmiş ərazilərdə xilasetmə işləri davam etdirilir.
Srağagün isə Ukrayna dronları Moskva Neft Emalı Zavoduna hücum edib, güclü yanğın müəssisənin fəaliyyətini dayandırıb. Ölkənin bir sıra eyni təyinatlı zavodları daoxşar aqibəti yaşayıb.
A.Məmmədli