11 İyul 2026 / 09:47

Şimali Koreya NATO zirvəsindən sonra ABŞ-ı qınadı

Şimali Koreya Ankarada keçirilən NATO zirvəsindən sonra sərt bəyanat yayıb.

Tezadlar.az bildirir ki, bu barədə dövlətə məxsus KCNA xəbər agentliyi məlumat verib.

Şimali Koreya Xarici İşlər Nazirliyi Vaşinqton və tərəfdaşlarının hərəkətlərinə qarşı sərt etirazını bildirib. Pxenyan Qərbi hərbi blokları gücləndirməkdə və silahlanmanı sürətləndirməkdə günahlandırıb.

Bəyanatda Şimali Koreyanın “suverenliyini və təhlükəsizlik maraqlarını qətiyyətlə müdafiə etmək” niyyətində olduğu vurğulanıb. Bütün cavab tədbirləri qanuni suveren hüquqları çərçivəsində görüləcək.

Pxenyan həmçinin regional sülhün qorunmasına töhfə verəcəyinə söz verib, lakin bu, yalnız qüvvələrin bərabərliyinin qorunması şərti ilə baş tutacaq.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!