Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İyunun 24-də Venesuelada baş verən iki böyük zəlzələdən sonra ölənlərin sayı artmaqda davam edir. Hakimiyyət orqanları ölkədə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi üçün ölənlərin sayının 4118-ə çatdığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez sosial media hesabında zəlzələ nəticəsində ölənlərin sayının son yeniləmə ilə 4118-ə çatdığını açıqlayıb.
Açıqlamada həmçinin yaralıların sayının 16740 olduğu qeyd edilib.
İNFRASTRUKTUR İŞLƏRİNİN HAZIRKI VƏZİYYƏTİ
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez zəlzələdən ən çox təsirlənən ərazilərdən biri olan La Quayra ştatının Makuto şəhərində davam edən təmir işlərini yoxlayıb.
Hakimiyyət orqanları ştatda elektrik enerjisi xidmətinin əsasən bərpa olunduğunu və 21 elektrik yarımstansiyasının tam işlək vəziyyətdə olduğunu açıqlayıb.
İçməli su infrastrukturunda əhəmiyyətli irəliləyişlər əldə edilib, suyun paylanmasının əksəriyyəti yenidən başlayıb və şəbəkənin istifadəyə yararsız olduğu ərazilərə tankerlər vasitəsilə su çatdırılıb.
İKİ BÖYÜK ZƏLZƏLƏ
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına görə, 24 iyunda Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) zəlzələlərin vurduğu birbaşa fiziki ziyanı təxminən 6,7 milyard dollar olaraq qiymətləndirib.
AXTARIŞ VƏ XİLASƏ ƏMƏLİYYATLARI DAVAM EDİR
Rəsmilər dağıntılar altında axtarış və xilasetmə əməliyyatlarının davam etdiyini bildiriblər və yaxın günlərdə ölən və yaralananların sayının arta biləcəyi barədə xəbərdarlıq ediblər.
ELBAR