Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 İyul 2026 / 09:42

İran mediası: Buşehr, Asaluyə, Bəndər Abbas və Sirikdə partlayış səsləri eşidilib

İranın cənubunda, Fars körfəzi sahillərində yerləşən Buşehr və Asaluyə şəhərlərində, eləcə də Bəndər Abbas və Sirikdə partlayışlar qeydə alınıb.

ABŞ-ın yeni hücumlarının başlamasından sonra İranın cənubundakı Bəndər Abbas və Sirikdə partlayışlar qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Hörmüz boğazı yaxınlığındakı Bəndər Abbasda üç, Sirikdə isə iki partlayış eşidilib.

İran mediası partlayışların Fars körfəzi sahilindəki Buşehr və Asaluyə şəhərlərində də eşidildiyini bildirib.

Partlayışların dəqiq yerləri hələ müəyyən edilməyib.

Bundan əlavə, İranın cənubundakı Çabaharda partlayışlar, Fars körfəzi sahilindəki Buşehrdə isə beş yeni partlayış baş verdiyi bildirilib.

İran: ABŞ-ın Məhşər, Hindican və Abadan şəhərlərinə hücumu

İranın Xuzistan əyalətindəki Məhşər, Hindican və Abadan şəhərlərinə ABŞ tərəfindən hücum edildiyi bildirilib.

İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Xuzistan əyalətinin qubernator müavini Vəliollah Heyət üç şəhərin ABŞ tərəfindən vurulduğunu bildirib.

Heyət Məhşər, Hindican və Abadan şəhərlərinin ABŞ tərəfindən hədəf alındığını bildirərək, şəhərlərə bir sıra raketlərin düşdüyünü qeyd edib.

Heyət hücumlarla bağlı araşdırmaların davam etdiyini və zərərin miqyası ilə bağlı daha sonra açıqlama veriləcəyini açıqlayıb.

Bu arada, İran Silahlı Qüvvələri İordaniyadakı Şahzadə Həsən Hava Bazasında yerləşən ABŞ-ın MQ-9 pilotsuz təyyarə anbarının hədəf alındığını açıqlayıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!