12 İyul 2026 / 11:37

70 kq-da qələbə sevinci

Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

 

Təzadlar.az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda fransalı Bayssanqur Bitmurzayevlə qarşılaşıb.

 

Rəqibinə heç bir şans verməyən həmyerlimiz vaxtından əvvəl 10:0 hesablı qələbə ilə qitə çempionu olub.

 

Muhəmməd İsmayılov (57 kiloqram), Bəşir Verdiyev (65 kiloqram) və Fərhad Süleymanlı (97 kiloqram) isə 3-cü yeri tutublar.

 

Bu gün mübarizəyə qoşulan sərbəst güləşçilərdən Camal Abbasov (61 kiloqram), Nurlan Ağazadə (74 kiloqram) və Yusif Dursunov (125 kiloqram) finalda, Məhəmməd Abbaszadə (86 kiloqram) və Hüseyn Məmmədtağızadə (92 kiloqram) isə bürünc medal uğrunda görüşlərdə qüvvələrini sınayacaqlar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!