12 İyul 2026 / 12:03

“Hacıqabuldakı avtobus qəzasında yaralananların adları məlum oldu

Hacıqabul rayonunda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların bəzisinin şəxsiyyəti məlum olub.

 

Qəzada Zaqatala rayon sakinləri – 2004-cü il təvəllüdlü Osmanova Səbinə Paşa qızı, 2007-ci il təvəllüdlü Xəlilova Dəcilə Fəzail qızı, 1998-ci il təvəllüdlü Ömərov Nurlan Nadir oğlu, 1971-ci il təvəllüdlü Hasilova Zümrüd Məhəmməd qızı, 1965-ci il təvəllüdlü Məmmədov Ramazan Nazim oğlu xəsarət alıb.

 

Təzadlar.az  xəbər verir ki, undan başqa Sumqayıt şəhər sakini 2017-ci il təvəllüdlü Balayev Firuz Elvin oğlu, Bakı şəhər sakini 2016-cı il təvəllüdlü Mikamayeva Nigar Orxan qızı da yaralanıb.

 

Onlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!