13 İyul 2026 / 06:06

Gecə klubunda baş verən yanğında 27 nəfər ölüb

İlkin məlumatlara görə, Taylandın Banqkok şəhərindəki bir gecə klubunda baş verən yanğın nəticəsində ən azı 27 nəfər həlak olub.

Tezadlar.az xəbər verir ki, Banqkok şəhərinin Çatuçak rayonundakı yanğınsöndürənlər yerli vaxtla gecə yarısı radələrində bir gecə klubunda yanğın baş verdiyini bildiriblər.

Səlahiyyətlilər yanğınsöndürənlərin binadan insanları təxliyə etməyə başladığını bildiriblər.

Taylandın Baş naziri Anutin Çarnvirakul hadisə yerində mətbuata açıqlamasında 27 nəfərin öldüyünü, bir çox insanın yaralandığını və xəstəxanaya aparıldığını təsdiqləyib.

Anutin Çarnvirakul əlavə edib ki, yanğının səbəbi ilə bağlı araşdırma başlanıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!