Əsas məzmuna keç

Boş torpaq sahəsini daşla hasarladı – yoldan keçən qadın altında qaldı…

Bakının Binəqədi rayonunda hasarın aşması nəticəsində 48 yaşlı qadın həyatını itirib.

Tezadlar.az xəbər verir ki, fadisə noyabrın 15-də saat 18:30 radələrində Xocəsən qəsəbəsi, Sollar küçəsi 100 ünvanında baş verib.

Sulutəpə qəsəbəsində yaşayan, 1978-ci il təvəllüdlü Samirə Nuriyeva həmin ərazidə piyada hərəkət edərkən boş torpaq sahəsinin ətrafına mişar daşları ilə hörülmüş hasar onun üzərinə aşıb. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…