Əsas məzmuna keç

Ev yandı – 90 yaşlı tənha yaşayan qadın yanaraq həyatını itirdi

Xaçmaz rayonunda ikimərtəbəli fərdi yaşayış evində baş verən yanğın nəticəsində qadın həyatını itirib.

Tezadlar.az xəbər verir ki, hadisə noyabrın 15-də saat 20 radələrində rayonun Xanoba kəndində qeydə alınıb.

Yanğın nəticəsində evdə tənha yaşayan, 1936-cı il təvəllüdlü İsrafilova Minacət Seyfəddin qızı hadisə yerində yanaraq ölüb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…