Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin Baş naziri Benyamin Netanyahu senator Lindsi Qremin onunla sonuncu dəfə danışanda özündən çıxdığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Netanyahu detalları Fox News-da açıqlayıb.
İsrailin Baş naziri söhbəti zamanı ölkənin özünü təmin etmək qabiliyyətini vurğuladığını bildirib. Lakin amerikalı senator qəti şəkildə razılaşmayıb.
“O, qəzəblənib. O, “Heç cür, bu baş verə bilməz” deyib. Onun sözlərinə görə, Qrem İsrailin həm öz, həm də Amerika maraqlarını qoruya bilmədiyinə inanırdı.
İsrailin Baş naziri Qremi yəhudi dövlətinin “fövqəladə dostu” adlandırıb.
Daha əvvəl xarici liderin Lindsi Qremin dəfn mərasimində iştirak edə biləcəyi bildirilirdi. Bir mənbəyə görə, Netanyahu dəfn mərasimi üçün ABŞ-a uçmağı düşünürdü.
ELBAR