Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2026-cı ilin iyun ayında Gürcüstandan 17,5 min baş diri qoyun ixrac edilib. Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumata görə, ixracın ümumi dəyəri 2,1 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan diri qoyunların sayı 5,5 dəfə, ixracın dəyəri isə 6,8 dəfə artıb. Nazirlik bildirib ki, iyun ayında ixrac edilən bir baş diri qoyunun orta ixrac qiyməti 120 ABŞ dolları olub. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur. Hesabata əsasən, Gürcüstandan diri qoyun ixrac edilən əsas ölkələr sırasında Azərbaycan ilk yerdə qərarlaşıb. Belə ki, iyun ayında Azərbaycana 9,1 min baş, İraqa 4,8 min baş, Küveytə 2,4 min baş, Qətərə isə 1,2 min baş diri qoyun ixrac olunub.