Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 İyul 2026 / 09:45

İran: Bölgədəki “düşmən bazalarına” qarşı genişmiqyaslı hücumlar başlayıb

İran ordusu ABŞ-ın davam edən hücumlarına cavab olaraq bölgədəki “düşmən bazalarına” qarşı genişmiqyaslı raket və pilotsuz təyyarə hücumları həyata keçirib.

Tezadlar.az xəbər verir ki, İran mediasının məlumatına görə, İran ordusu bölgədəki “düşmən bazalarına” qarşı raket və dronlarla genişmiqyaslı cavab hücumları həyata keçirib.

İran İnqilab Keşikçiləri Korpusunun açıqlamasında aşağıdakılar qeyd olunub:

“ABŞ hərbi helikopterlərinin texniki xidmət və təmir mərkəzləri, P-8 elektron müharibə təyyarələri anqarı və Bəhreyndə Şeyx İsa Hava Bazasındakı dron komandanlıq və idarəetmə mərkəzi, eləcə də İordaniyadakı Şahzadə Həsən Hava Bazasındakı böyük raket anbarları və yanacaq təsərrüfatları raket və dronlarla hədəfə alınıb. Bundan əlavə, Küveytin Əli Əs-Salem şəhərindəki ABŞ bazasındakı yanacaq anbarları və “Patriot” hava hücumundan müdafiə sistemi, Əhməd əl-Cəbər Hava Bazasındakı strateji FPS radar sistemi də cavab hücumlarında hədəfə alınıb.”

İnqilab Keşikçiləri əks-hücumların davam edəcəyi və Hörmüz boğazının İrana məxsus olduğu barədə xəbərdarlıq edib.

Bəhreyndə siren səsləri eşidildi və ictimaiyyətə təhlükəsiz ərazilərə getmələri tövsiyə edildi

Bəhreyn Daxili İşlər Nazirliyi hava hücumları səbəbindən ölkə daxilində xəbərdarlıq sisteminin işə salındığını bildirib.

Açıqlamada deyilir: “Vətəndaşlarımızdan və sakinlərimizdən sakit qalmalarını, ən yaxın təhlükəsiz əraziyə getmələrini və rəsmi kanallar vasitəsilə hadisələri izləmələrini xahiş edirik.”

Bu arada, yerli media raket hücumlarından sonra İordaniyanın paytaxtı Ammanda uçuşların dayandırıldığını bildirib.

İordaniya hakimiyyəti tərəfindən hələlik heç bir açıqlama verilməyib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!