Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 İyul 2026 / 09:59

İran Hörmüz boğazından icazəsiz keçməyə çalışan iki gəmiyə müdaxilə edib

İran İnqilab Keşikçiləri Korpusu (İİKK) sistemlərini bağladıqdan sonra Hörmüz boğazından icazəsiz keçməyə çalışan iki gəmiyə müdaxilə etdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İİKK-nın açıqlamasına görə, Hörmüz boğazında iki gəmi saxlanılıb.

Sözügedən gəmilərin sistemlərini bağladıqdan sonra İran tərəfindən təyin olunmuş marşrutdan kənarda Hörmüz boğazından keçməyə cəhd etdiyi və İİKK-nın hər iki gəmini dayandırdığı öyrənilib.

Bu hadisədən sonra ABŞ ordusunun İranın cənub sahillərinə hücum etdiyi və İran Silahlı Qüvvələrinin İordaniyadakı Şahzadə Həsən Hava Bazasındakı raket və yanacaq anbarlarını raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alaraq cavab verdiyi bildirilib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!