Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Aİ-nin Gürcüstan hökuməti ilə faktiki olaraq əlaqəsi yoxdur və Birlik hökuməti deyil, Gürcüstan xalqını dəstəkləmək niyyətindədir. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, Kaya Kallas bu barədə Brüsseldə Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısından əvvəl jurnalistlərin sualını cavablandırarkən deyib. Kallasın sözlərinə görə, Avropa İttifaqı ötən il hazırladığı Qara dəniz strategiyasının icrasına başlayıb və bu prosesdə region ölkələri mühüm rol oynayır.
Kallas deyib ki, hazırda Gürcüstanla bağlı müəyyən çətinliklər mövcuddur. Sitat: “Gürcüstan hökuməti ilə faktiki olaraq əlaqəmiz yoxdur və onu dəstəkləmək də istəmirik. Biz Gürcüstan xalqını dəstəkləmək istəyirik. Həmçinin müzakirə etdik ki, bunu necə həyata keçirək ki, Gürcüstan xalqı Avropaya olan ümidini itirməsin”.