Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 İyul 2026 / 18:13

İran: ABŞ-ın Hörmüz boğazına müdaxilə etməsinə icazə verməyəcəyik

İran Silahlı Qüvvələrinin müharibə aparan bölməsi olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfiqari ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı dediklərinə münasibət bildirərək deyib: “Biz ABŞ-ın Hörmüz boğazına müdaxilə etməsinə icazə verməmişik və verməyəcəyik”.

Tezadlar.az xəbər verir ki, Zülfiqari Prezident Trampın “Biz Hörmüz boğazını əlimizdə saxlayacağıq. Yəqin ki, biz onu nəzarətdə saxlayacağıq” ifadəsinə cavab verib.

ABŞ-ın Hörmüz boğazına müdaxilə cəhdlərinin regional təhlükəsizliyə və dəniz ticarətinə təhlükə yaratdığını bildirən Zülfiqari deyib: “Əvvəllər xəbərdarlıq edildiyi kimi, ABŞ-ın Hörmüz boğazına heç bir şəkildə müdaxilə etməsinə icazə vermirik və verməyəcəyik”.

Zülfiqari İran Silahlı Qüvvələrinin icazəsi olmadan və İranın müəyyən etdiyi marşrutdan istifadə etmədən Hörmüz boğazından keçməyə çalışan gəmilərin tutulacağı barədə xəbərdarlıq edərək, “Son günlərdə İran Ordusu və İnqilab Keşikçiləri tərəfindən həyata keçirilən əməliyyatlar bunun açıq sübutudur” deyib.

Region ölkələrini xəbərdar edən Zülfiqari ABŞ hücumlarına lojistik dəstək verməyin müharibə elanı hesab ediləcəyini və bölgədə müharibənin yayılmasının bütün ölkələrə təsir edəcəyini xəbərdar edib.

Zülfikari bölgədəki təhlükəsizliyin mənbəyinin ABŞ və onunla əməkdaşlıq edən ölkələr olduğunu və regional ölkələrlə ABŞ arasında əməkdaşlığın müharibə riskini artırdığını iddia edib.

“Fox News”-da qatıldığı bir proqramda Tramp İranla bağlı açıqlamalar verərək dedi: “Biz Hörmüz boğazını saxlayacağıq. Yəqin ki, onu idarə edəcəyik. Boğazın keşikçiləri biz olacağıq”.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!