Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Prezident Rəcəb Tayyib Ərdoğan Qətər dövlətinin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatından sonra Qətərə başsağlığı səfəri edəcək.
Tezadlar.az xəbər verir ki, Prezidentliyin məsələ ilə bağlı verdiyi açıqlamada aşağıdakılar yer alıb:
“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan Qətər dövlətinin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatından sonra 14 iyul 2026-cı ildə Qətərə başsağlığı səfəri edəcək.”
Dünən uzun müddətdir müalicə alan Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Əl Taninin 74 yaşında vəfat etdiyi və Dohadakı Lusail qəbiristanlığında dəfn edildiyi açıqlanıb.
Şeyx Həmədin vəfatından sonra ölkə daxilində dörd günlük rəsmi matəm elan edilib.
1995-ci ildən 2013-cü ilə qədər Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Əl Taninin 2013-cü ildə hakimiyyəti oğlu Şeyx Təmim bin Həməd Əl Taninə təhvil verdiyi bildirilib.
ELBAR