Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Son günlər sosial şəbəkələrdə Hikmət Hacıyevə qarşı aparılan qara piar kampaniyasını və şəxsi həyatı üzərindən edilən tənqidləri təəccüb və təəssüflə izləyirəm. Görəsən, bu gün klaviatura arxasında oturub asanlıqla ittiham irəli sürənlər 2020-ci ilin payızını nə tez unutdular?
Gecə-gündüz bilmədən, dünyanın ən qərəzli media nəhənglərinin qarşısına çıxıb, Azərbaycanın haqq səsini təmkinlə, mükəmməl intellektlə və peşəkarlıqla dünyaya çatdıran kim idi? Bərdəyə, Gəncəyə raket zərbələri endiriləndə xarici diplomatları o bölgələrə aparıb, erməni faşizmini dünyaya faktlarla sübut edən kim idi? Hikmət Hacıyev sadəcə bir məmur deyil, Vətən Müharibəsi dövründə informasiya cəbhəsinin generalı olub. Keçmişə sayğısı olmayanın gələcəyə deməyə sözü olmaz. Əməyi, xidməti itirməyək! Dövlətin dayağı onun yetişdirdiyi peşəkar, millətinə xidmət edən kadrlardır. Əgər biz hər hansı bir manipulyasiyaya, ucuz sosial şəbəkə kampaniyalarına uyub bu kadrları asanlıqla hədəfə qoysaq, gələcəkdə kritik məqamlarda dövlət maraqlarını qoruyacaq insanların motivasiyasını qırmış olarıq.
İctimai fiqurların tənqid olunması normaldır, lakin tənqidlə təhqir və şəxsi həyata müdaxilə arasında qalın bir xətt var.
Gəlin fərdləri tənqid edərkən onların bu dövlət və millət üçün etdiklərini tərəziyə qoymağı bacaraq. Haqsız hücumların qarşısında dövlətimizin peşəkar kadrlarının yanında olmaq hər birimizin vətəndaşlıq borcudur.
Cavanşir Vəliyev