Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransanın paytaxtı Parisdən 60 kilometr aralıda yerləşən Fontainebleau meşəsində baş verən yanğında 1900 hektardan çox ərazi külə dönüb.
Tezadlar.az xəbər verir ki, milli medianın məlumatına görə, 12 iyulda Sena-et-Marn əyalətindəki Fontainebleau meşəsində başlayan yanğın hələ də nəzarət altına alınmayıb.
Təxminən 850 yanğınsöndürən Parisdən təxminən 60 kilometr aralıda yerləşən meşədə yanğını söndürmək üçün səylərini davam etdirir.
Sena-et-Marn Yanğından Mühafizə İdarəsinin məlumatına görə, indiyə qədər 1900 hektardan çox ərazi məhv olub.
Fransa meteorologiya agentliyi “Meteo-France”-ın açıqlamasına görə, meşə yanğınları riskinin yüksək olması səbəbindən Sena-et-Marn da daxil olmaqla 30 əyalətdə narıncı həyəcan siqnalı verilib.
Parisin “yaşıl ağciyəri” kimi də tanınan Fontainebleau Meşəsində baş verən yanğın, son 20 ildə ölkənin şimal hissəsində baş verən üçüncü ən böyük yanğın kimi qeydə alınıb.
Fontainebleau Meşəsi və Qatinais Təbii Parkı ölkədəki 10-cu biosfer qoruğudur.
İlin əvvəlindən bəri Fransada 32.000 hektar ərazinin külə çevrildiyi və meşə yanğınlarını başlatmaqda şübhəli bilinən 59 nəfərin saxlanıldığı açıqlanıb.
ELBAR