Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 İyul 2026 / 22:04

Ağdərədə ağır qəza: 2 ölü, 1 yaralı

Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.

Tezadlar.az xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Kəlbəcər rayon sakinləri – 1973-cü il təvəllüdlü Nazim Əsgərov və həyat yoldaşı, 1980-ci il təvəllüdlü Könül Əsgərova hadisə yerində həyatını itirib.

Qəza zamanı avtomobildə olan digər sərnişin, 2000-ci il təvəllüdlü Mələk İsmayılova müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!