Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 İyul 2026 / 23:16

Ərini komadan çıxarmaq üçün bunu etdi

Çində qeyri-adi hadisə böyük marağa səbəb olub. Sun Mey beş il ərinin ayaq barmaqlarını dişləməklə onun koma vəziyyətindən çıxmasına kömək edib. 

Tezadlar.az-ın xarici mediaya istinadən məlumatına görə, Çjao Tszintsyan üç yaşlı uşağı xilas etməyə çalışarkən anbarın damından – təxminən altı metr hündürlükdən yıxılıb. O, yıxılarkən uşağı öz bədəni ilə qoruyub. Nəticədə uşaq sağ qalıb, Çjao isə ağır kəllə-beyin travması alaraq komaya düşüb.

Həmin vaxtdan etibarən həyat yoldaşı Sun Mey bütün vaxtını onun qulluğuna həsr edib. Qadının gündə üç saatdan az yatdığı, ərinə masaj etdiyi, ona mahnılar oxuduğu və hər gün ayılması üçün ümidini itirmədiyi bildirilir.

Ayaq barmaqlarını dişləməyə başlayıb

Məlumata görə, Sun Mey bir müddət sonra ərinin ayaq barmaqlarını dişləməyə başlayıb. O, ağrı hissinin ərinin şüurunu oyada biləcəyinə inanıb.

2024-cü ildə Çjaoda ilk müsbət dəyişikliklər müşahidə olunub. O, gözlərini açmağa və ətrafdakı insanlara reaksiya verməyə başlayıb. Daha sonra deyilənləri başa düşməyi, əlini qaldırmağı və dəstəyin köməyi ilə ayağa qalxmağı bacarıb.

İlk dediyi söz həyat yoldaşına olub

Məlumata görə, 2026-cı ilin iyun ayının sonunda Çjao ilk dəfə həyat yoldaşına “Sun Mey, səni sevirəm” sözlərini pıçıldayıb. Bundan sonra o, yenidən yazmağı öyrənməyə başlayıb və yazdığı ilk söz həyat yoldaşının adı olub.

Həkimlər üsulu təsdiqləmir

Nəşrin yazdığına görə, Sun Mey və Çjao hadisədən əvvəl də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olublar. Sun Mey aztəminatlı ailələrin uşaqlarına ödənişsiz rəsm dərsləri keçib, Çjao isə ucqar bölgədə yaşayan bir məktəbliyə dəstək göstərib.

Onların hekayəsi sosial şəbəkələrdə sevginin möcüzəsi kimi geniş yayılıb. Bununla belə, həkimlər qadının tətbiq etdiyi üsulun tibbi cəhətdən təsdiqlənmədiyini bildirirlər.

Mütəxəssislər yalnız onu qeyd edirlər ki, uzun müddət komada qalan bəzi xəstələrin sonradan şüurunun bərpası mümkündür və bunu məhz ayaq barmaqlarının dişlənməsi ilə əlaqələndirmək üçün elmi sübut yoxdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!