Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında ilk finalçı bəlli olub.
Tezadlar.az xəbər verir ki, yarımfinalda Fransa yığmasını 2:0 hesabı ilə məğlub edən İspaniya millisi həlledici görüşə vəsiqə qazanıb.
Hesabı 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Mikel Oyarsabal açıb. Digər qolu isə 58-ci dəqiqədə Pedro Porro vurub.
İspaniya millisinin finaldakı rəqibi Argentina – İngiltərə oyununun qalibi olacaq. Qarşılaşma bu gün saat 23:00-da keçiriləcək.
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.