Ötən gün futbol üzrə dünya çempionatında İspaniya Fransanı məğlub edərək finala yüksələn ilk komanda olub. Tezadlar.az xəbər verir ki, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar 2:0 hesablı qələbə qazanıblar. Qolları Mikel Oyarsabal (22-p.) və Pedro Porro (58) vurublar. İspaniya yığmasının həlledici mərhələdəki rəqibi İngiltərə – Argentina matçının qalibi olacaq. Fransa isə üçüncü yer uğrunda görüşdə sözügedən cütün məğlubu ilə üz-üzə gələcək.
DÇ-2026: İspaniya Fransanı məğlub edərək ilk finalçı oldu






