15 İyul 2026 / 08:59

Tanınmış QHT rəhbəri də etiraz etdi- SƏBƏB

Tanınmış QHT rəhbəri Sahib Məmmədov 4- cü Şuşa Qlobal Media Forumuna dəvət edilməyənlərin sosial mediadakı narazılığını görüb maraqlı status paylaşıb. Tezadlar.az təqdim edir:
“Mənim prinsiplərimlə tam üst-üstə düşür
➡️Ən sonda dəvət ediblər?-imtina elə
➡️Dəvət etməyiblər?- getmə, necə deyərlər “Çağırılan yerə ərinmə, çağırılmayan yerdə görünmə
➡️Yaddan çıxarıblar?-Sən də unut
➡️Səndən istifadə edirlər?-Sərhədlər müəyyən et
➡️Etinasızlıq göstəriblər?- qulaqardına vur
➡️Sənə xəyanətkarlıq ediblər?-Yoluna davam et
➡️Qiymətləndirmirlər?- Məsafə saxla
➡️Hörmət etmirlər?-Ləyaqətlə uzaqlaş
➡️Sənin naliyyətlərini görmürlər (görmək istəmirlər)? -Elə et ki, sənin nəticələrin onların cavabın versin”.
 Amma bu narazılıqlar içində bir vacib məsələ də var: narazıların narazılığı onların dəvət edilməməsinə yox, lazım olmayanların dəvət edilməsinədir! Bununla da cəmiyyət o lazımsızları daha lazımlı kimi görür və qəbul edir.
SƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!