Tanınmış QHT rəhbəri Sahib Məmmədov 4- cü Şuşa Qlobal Media Forumuna dəvət edilməyənlərin sosial mediadakı narazılığını görüb maraqlı status paylaşıb. Tezadlar.az təqdim edir:
“Mənim prinsiplərimlə tam üst-üstə düşür

Ən sonda dəvət ediblər?-imtina elə

Dəvət etməyiblər?- getmə, necə deyərlər “Çağırılan yerə ərinmə, çağırılmayan yerdə görünmə

Yaddan çıxarıblar?-Sən də unut

Səndən istifadə edirlər?-Sərhədlər müəyyən et

Etinasızlıq göstəriblər?- qulaqardına vur

Sənə xəyanətkarlıq ediblər?-Yoluna davam et

Qiymətləndirmirlər?- Məsafə saxla

Hörmət etmirlər?-Ləyaqətlə uzaqlaş

Sənin naliyyətlərini görmürlər (görmək istəmirlər)? -Elə et ki, sənin nəticələrin onların cavabın versin”.
Amma bu narazılıqlar içində bir vacib məsələ də var: narazıların narazılığı onların dəvət edilməməsinə yox, lazım olmayanların dəvət edilməsinədir! Bununla da cəmiyyət o lazımsızları daha lazımlı kimi görür və qəbul edir.
SƏBUHİ